Ötən gün polis itkin düşmüş şəxs kimi axtarışda olan 6 nəfəri tapıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında mayın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Ucar rayonunun Qazıqumlaq kəndində itkin düşmüş 1995-ci il təvəllüdlü kişi, aprelin 27-də Şəki rayonunda itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 7-də Maştağa qəsəbəsində itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 16-da Binəqədi rayonu ərazisində itkin düşmüş 1965-ci il təvəllüdlü kişi, mayın 17-də Bülbülə qəsəbəsində itkin düşmüş 1959-cu il təvəllüdlü kişi və mayın 21-də Buzovna qəsəbəsində itkin düşmüş 2002-ci il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq