İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması son günlər müxtəlif ölkələrin siyasi liderləri ətrafında baş verənləri gündəmə gətirdi.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, İ.Rəisinin həlak olması ilə bağlı konspiroloji fikirlər səslənsə də, hadisənin texniki səbəblərdən baş verdiyi görünür.
Lakin bu qəza may ayında 5 ölkədə siyasi liderlərə qarşı baş verənlər fonunda diqqət çəkir.
7 may: Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı sui-qəsd cəhdinin olduğu xəbərləri yayılıdı;
13 may: Türkiyədə hərbi çevriliş cəhdinin edildiyi məlumatı yayıldı: bununla bağlı prezidenti Rəcəb Tayyip Ərdoğanın təcili iclas keçirdiyi və cəhdin qarşısının alındığı deyilir;
15 may: Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd edildi: küçədə güllələnən Fitso sağ qaldı;
16 may: Serbiya prezidenti Aleksandr Vuçiçi qətlə yetirməkdə ittiham edilən vətəndaş həbs edildi;
19 may: Rəisinin helikopteri qəzaya uğradı;
Bu hadisələr arasında birbaşa əlaqə görünmür. Lakin bu liderləri birləşdirən ortaq amil onların Çin-Rusiya xəttinə yaxın olması, yaxud bu xətlə əməkaşlığıdır. Bu baxımdan, son günlər 5 ölkədə baş verənlər suallar yaradır.
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq