42 deputatın imzası ilə Milli Məclisin növbədənkənar sessiyasının çağırılması parlamentin buraxılması ilə əlaqədar deyil. Növbəti seçkilərin vaxtının təyin edilməsi Prezident İlham Əliyevin səlahiyyətində olan məsələdir. Konstitusiyaya görə, bu ilin noyabrın ilk həftəsində parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Məhz bu tarixdə də parlament seçkilərinin keçirilməsi gözlənilir.
BUTA.TV xəbər verir ki. bu sözləri Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, parlamentin növbədənkənar sessiyasının çağırılması parlamentin iş yükü ilə bağlıdır:
“Bəzi qanunlar var ki, biz onları başa çatdırmamışıq. Ötən gün bizim komitədə müzakirə edilən "Əmək pensiyaları haqqında" qanun üç oxunuşdan keçməlidir. Eyni zamanda gündəmdə dövlət büdcəsinin dürüstləşdirilməsi məsələsi var. Başqa dinləmələrin olması nəzərdə tutulur. Bu səbəbdən də Milli Məclisin deputatları spikerə müraciət edir ki, növbədənkənar sessiya çağırılsın”.
Qeyd edək ki, mayın 21-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılacağı ilə bağlı qərar açıqlanıb.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?