Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb. Bunun nəticəsində Həsən bəy Zərdabi küçəsi, Mətbuat prospekti-“Qələbə” dairəsi, eləcə də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BUTA.TV-a bildiriblər ki, bununla əlaqədar aidiyyəti üzrə məlumat verilib, yük avtomobilinin yoldan kənarlaşdırılması və sıxlığın qarşısının alınması sahəsində tədbirlər görülür.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?