Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.
BUTA.TV xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı rəsmi İnstaqram səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”
- Bu xəbərlərə də göz at
- Ölkədə yüksək vəzifəyə mühüm təyinat oldu
- Paşinyan inandırıcı addım atdı, dəhliz isə... - Uorlik
- Şimali Koreya Yaponiya dənizinə doğru raket buraxdı
- Baydenin oğluna daha bir şok
- Husilər İsrail gəmisinə ballistik raketlə zərbə endirdi
- Kəlbəcərdə maşın aşdı: 2 nəfər öldü, 7-si yaralandı