Adətən Azərbaycan daha çox meyvə-tərəvəz ixrac edərdi, bu il isə biz vəziyyətin tamamilə dəyişdiyini görürük. Yəni hazırda idxal ixracı üstələyib. Səbəb isə sözügedən məhsulların istehsalının azalmasıdır.
Bu sözləri BUTA.TV-a meyvə-tərəvəz idxalının artmasının səbəbləri haqqında danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.
Vahid Məhərrəmov ölkəmizin xaricdən asılılığını minimuma endirmək üçün bütün imkanlara malik olduğunu vurğulayıb:
“İstehsala təsir edən müxtəlif problemlər var. Məsələn, rəsmi məlumata görə, Azərbaycan adambaşına 81 kq pomidor istehsal edir. Gürcüstanda isə bu, 15 kq-dir. Bəs Azərbaycanda pomidorun Gürcüstandan iki dəfə baha olmasının səbəbi nədir? Yəni qış mövsümündə onlarda bir kq pomidorun qiyməti 2,5-3 manat, bizdə isə 5-6 manat olub. Qonşu ölkədən fərqli olaraq bizdə tərəvəzin istixanada yetişdirilməsinin maya dəyəri daha ucuza başa gəlməlidir, çünki Azərbaycanın nefti və qazı var. Yay mövsümündə isə əgər suvarma suyuna olan ehtiyac təmin edilərsə, müəyyən işbazların süni şəkildə məhsulun qiymətinə müdaxiləsinin qarşısı alınsa, tələbatı tam ödəmək mümkün olar”.
Ekspert bunun qarşısının alınması üçün kompleks nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilməsinin vacibliyini bildirib:
“Ölkəmizin potensialı Azərbaycanın özünü tamamilə ərzaq, meyvə-tərəvəz məhsulları ilə təmin etməsinə imkan verir. Problem isə daha çox aidiyyəti qurumların yanlış idarəetməsindədir”.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan 126,4 milyon ABŞ dolları məbləğində 188,8 min ton meyvə-tərəvəz idxal edib. İdxala sərf olunan bu vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 milyon dollar daha çoxdur.
- Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
- Bakıda İsrail və Suriya arasında kritik görüş: Barrak da qatılır
- BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov
- Dumanın deputatı: Azərbaycandan nümunə götürün!
- Pakistan səfirindən Zəngəzur açıqlaması: Bir neçə seçim...
- BƏƏ prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi...
- Hava limanında taksi 4 dəfə bahalaşdı – AYNA isə hamını ələ salır
- Lavrov təsdiqlədi: Azərbaycan bu müsabiqəyə qatılmayacaq