Süni vitaminlər immuniteti möhkəmləndirmir, xüsusi göstəriş olmadan aptek vitamin dərmanları və iynələrini istifadə etmək olmaz.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-aparıcı Aleksandr Myasnikov bildirib.
“İnsanlar öz sağlamlıqlarını qorumaq üçün immuniteti möhkəmlətmək istəyir. Ona görə reklam olunan, internetdə axtardıqları vitamin preparatlarını alırlar. Çoxsaylı elmi araşdırmalar sübut edib ki, vitaminlər immunitet üçün vacibdir, lakin sintetik vitaminlər immunitetə təsir etmir.
Vitaminləri müxtəlif, rəngarəng, balanslı qidalanmadan almaq lazımdır. Bunun üçün gündəlik tərəvəz, toyuq, balıq, göyərti, yumurta, meyvələr, mal əti, qaraciyəri yemək lazımdır. Özlərini normal hiss edən insanlar həkim təyinatı olmadan sintetik vitaminlər qəbul etməməlidir.
Aptek vitaminləri xəstələrə artıq ciddi simptomlar və xəstəliklər zamanı lazımdır, məsələn, hamilələr, alkoqoliklər, immun çatışmazlığı olan insanlar”.
- Bağırov yeni idarə yaratdı, rəis təyin etdi - Foto
- İsa Qəmbər 33 il sonra Qarabağda... - Video
- Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır
- Metroda nə baş verib? - Video
- Sabiq deputat yeni vəzifəyə təyin edildi
- 16 yaşlı qız qida zəhərlənməsindən öldü
- Gəncədə yanğın-taktiki təlim keçirildi - Video
- Dəhşətli qəzada ölən futbolçuların - Fotosu