Adətən mobil cihazlarınıza kiberhücumlar ediləndə telefon fərqli şəkildə işləməyə başlayır.
“BUTA TV” mobil qurğularınıza hücum olunub-olunmadığını dəqiqləşdirmək üçün sizə bəzi tövsiyələri təqdim edir. Məsələn passiv rejimdə - bəzi proqramların işlədiyini və ya resurslar istehlak etdiyini görsəniz, bilin ki, burada bir “əmma” var.
Tutaq ki, sizin əmrləriniz olmadan smartfon sönür, yenidən yüklənir, nömrələri yığır və ya proqramları işə salır. Çox vaxt bu əməliyyat sisteminin uğursuzluğu yox, kiberhücum əlamətidir.
Və ya tanış abunəçidən ismarıclar alırsınız, lakin onlar qəribə görünür - məsələn, mənasız hərflər və ya hətta kvadratlar kimi simvollarla başlayır.
Bəs sizin nömrənizi haradan əldə ediblər?!
Hücum edən şəxs bəlkə də dostunuzun smartfonunu sındırıb və onun əlaqə siyahısından istifadə edir.
Telefon danışığı zamanı səs-küy və ya əks-səda varsa, ya da sizə zəng edib dərhal dəstəyi asırlarsa güman ki, kimsə aktiv şəkildə smartfonunuza daxil olmağa çalışır.
Bu hücumlardan müdafiə olunmaq üçün telefonunuzda parol təyin edin. Proqramlara və ya vebsaytlara daxil olduğunuz halda parol yadda saxlama rejimindən istifadə etməyin.
Telefonunuza tanımadığınız qurğular vasitəsilə qoşulduqda məlumatları yadda saxlamayın.
Wi-Fi nöqtələrinə avtomatik qoşulmalara məhdudiyyətlər qoyun.
Yaxşı olar ki, onları özünüz seçə və şübhəli adları olan şəbəkələrə məhəl qoymayasınız.
İctimai Wi-Fi şəbəkəsində İnternetdən istifadə edərkən alış-veriş etməyin, pulköçürmə əməliyyatlarından yararlanmayın.
Smartfonunuz Android əməliyyat sistemində işləyirsə, etibarlı antivirus quraşdırın. Təhlükəli proqramları hərtərəfli yoxlamaq üçün telefonunuzu xidmət mərkəzinə aparın.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?