Şuşada Türkiyə konsulluğu nə vaxt açılacaq?

09:12 - 1 İyun 2024 - GÜNDƏM

 Şuşada Türkiyə konsulluğu nə vaxt açılacaq?

44 günlük müharibədən sonra Şuşada Türkiyə konsulluğunun açılması mühüm idi. Amma bu gün orada nə separatçılar var, nə də sülhməramlılar. Belə olan halda da konsulluğun təcili sürətdə açılmasına ehtiyac qalmadı.

Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

“Şuşada konsulluq məsələsi bizə əvvəl birmənalı olaraq siyasi baxımdan lazım idi. Çünki 44 günlük müharibədən sonra Qarabağda separatçılar qalmışdı və əlavə olaraq xüsusi ilə Rusiya sülhməramlılarının orada olması bizə təhdidlər yarada bilərdi. Amma indi separatçılar da, sülhməramlılar da qalmayıb. Buna görə də konsulluğun açılması sadəcə texniki məsələdir. Şəhər tamamilə qurulduqdan sonra konsulluq da açılacaq. Sadəcə, bir az səbir etmək lazımdır”, - politoloq bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol