ABŞ İran ərazisinə növbəti zərbələr dalğasına başlayıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Bu gün saat 06:00-da (Bakı vaxtı ilə 14:00 - red.) ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana bir sıra zərbələr endirməyə başlayıb. Onlar Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək üçün istifadə olunan İran qüvvələrinin hərbi potensialını daha da zəiflətmək məqsədi daşıyır”, - məlumatda deyilir.
***
CENTCOM-un yaydığı son məlumata görə, ABŞ Silahlı Qüvvələri İrandakı hərbi obyektlərə növbəti zərbələr seriyasını başa çatdırıb.
“90 dəqiqəlik zərbələr seriya ərzində CENTCOM Böyük Tomb adasındakı sahil müdafiə sistemlərinə, eləcə də qanadlı raketlərin saxlanma yerlərinə və buraxılış qurğularına yüksək dəqiqlikli mərmilərlə zərbələr endirib. Bu zərbələr İranın Hörmüz boğazında ticarət gəmilərinə zərbə endirmə qabiliyyətini daha da zəiflədib” - məlumatda deyilir.
- Bu təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxın! - FHN
- Prezident 1 sərəncam, 2 fərman imzaladı
- Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu
- 14 il şiddət görən qadının əri saxlanıldı
- Hava xəbərdarlığı: intensiv yağış, dolu...
- Birinci yarımildə DSMF bu qədər müavinət və təqaüd ödəyib
- “Mülki gəmilər və ekipaj üzvləri üçün risklər artıb”
- Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir