Brüsselin Kiyevə təhvil verdiyi F-16 qırıcıları yalnız Ukrayna ərazisində istifadə oluna bilər.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-a səfəri zamanı Belçikanın Baş naziri Aleksandr de Kroo deyib.
“Müqavilə çox aydındır. Söhbət ukraynalıların Ukrayna ərazisində istifadə edə biləcəyi döyüş təyyarələrindən gedir. Bu, bağlandığımız müqavilənin şərtidir və mən ona riayət etmək istəyirəm”, - baş nazir bildirib.
Qeyd edək ki, Belçika 2028-ci ilə qədər Ukraynaya 30 ədəd F-16 tədarük edəcək.
- Azərbaycan o səhifəni tamamilə bağlayıb...
- Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb
- Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Minsk prosesinin bağlanması başa çatdırıldı
- Əli Kərimliyə neçə il cəza verilə bilər?
- Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat