Şuşa Real Məktəbi ali təhsil və orta ixtisas səviyyəsində fəaliyyət göstərəcək təhsil müəssisəsi olacaq.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, planlamaya görə burada tədris 2026-cı ilin sentyabrında başlayacaq:
"Məktəbdə təhsil istiqaməti əsasən incəsənət və mədəniyyət ixtisasları üzrə olacaq. Bura ümumi təhsil müəssisəsi formasında deyil, ali və orta ixtisas səviyyəsində fəaliyyət göstərən təhsil müəssisəsi olacaq".
E.Əmrullayevın sözlərinə görə, burada ali təhsil istiqamətində peşəkar kadr hazırlığı həyata keçiriləcək:
"Şuşadakı bütün təhsil nüəssisələrinin, o cümlədən bu məktəbin bu və ya digər formada Qarabağ Universiteti ilə əlaqəsi olacaq. Filial və ya kollec formasında da ola bilər. İki ildən sonra Qarabağ Universitetinin fıaliyyətini qaydaya qoyduqdan sonra daha çox məlumat verə biləcəyik”.
- Azərbaycan o səhifəni tamamilə bağlayıb...
- Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb
- Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Minsk prosesinin bağlanması başa çatdırıldı
- Əli Kərimliyə neçə il cəza verilə bilər?
- Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat