Azərbaycanlı aparıcı Afrikaya səfir göndərilir

14:56 - 1 İyun 2024 - GÜNDƏM

 Azərbaycanlı aparıcı Afrikaya səfir göndərilir

Əslən azərbaycanlı olan rusiyalı teleaparıcı İradə Zeynalova Rusiyanın Mavrikiydəki səfiri ola bilər

BUTA.TV xəbər verir ki, bu barədə "Brief" yazıb.

Nəşr bildirib ki, Zeynalova 2024-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirəcək.

Teleaparıcı NTV-də "Həftənin nəticələri" verilişinin müəllifi və aparıcısı (2016-cı ildən), NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun informasiya-əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir.

Bundan əvvəl o, Birinci Kanalda “Vremya” verilişinin bazar buraxılışının aparıcısı və Birinci Kanalın Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri olub.

2021-ci ildə o, “təbliğat fəaliyyətinə” görə Ukraynanın sanksiya siyahısına daxil edilib.

Qeyd edək ki, paytaxtı Port Luiz olan Mavriki Afrikada yerləşən ada dövlətidir. Madaqaskar adasından 700 km şərqdə yerləşir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol