Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Qəriblər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mersedes” markalı iki minik avtomobili toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəqliyyat vasitəsindən 1 nəfər yaralı vəziyyətdə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
- Avqust ayının qeyri-iş günləri - Təqvim
- Odessada həlak olan gəmi kapitanının nəşi tapıldı
- Gəmi kapitanı Səmədin nəşi tapıldı
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutuldu
- Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət etdi