İstanbulda uçan yaşayış binasının yiyəsi, eləcə də binanın birinci mərtəbəsində yerləşən restoranın sahibini saxlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki binanın tikinti standartlarına uyğun gəlmədiyini, tikintisində dəniz qumundan istifadə olunduğunu bildirib.
Onun sözlərinə görə, binaya qanunsuz olaraq bir yarım mərtəbə əlavə edilməsi evin dayanıqlığını daha da pisləşdirib.
Qeyd edək ki, bu gün İstanbulun Küçükçekmece rayonunda yaşayış binasının uçması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina ardıcıl ikinci dəfə finalda! - Video-Yenilənib
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər
- Sükanı siyasətdən BYD-yə çevirdi