Rusiyada Almaniya kansleri Villi Brandt tərəfindən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevə hədiyyə edilən "Mersedes-Benz 450 SLC" avtomobili satışa çıxarılıb.
BUTA.TV xəbər verir ki, avtomobil 1973-cü ildə SSRİ-yə gəlib və SSRİ Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbəri Nikolay Şelokovun oğlu İqor Şelokovda olub.
Avtomobilin yürüşü azdır və vilur salonda aşınma izi yoxdur. "Mersedes"in 4,5 litr həcmə və 225 at gücünə malik V8 mühərriki var. Sürət qutusu üç pilləli hidromexaniki avtomatdır.
Avtomobilin təxmini qiyməti 20 milyon rubl (təxmini 376 min AZN) təşkil edir.
Brejnevə hədiyyə edilən "Mercedes-Benz" Rusiyada yenidən qeydiyyata alınmayıb.
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina ardıcıl ikinci dəfə finalda! - Video-Yenilənib
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər
- Sükanı siyasətdən BYD-yə çevirdi