“Shokki Mokki” yarandığı gündən uşaqlar üçün keçirdiyi sosial layihələri ilə seçilib.
Həmişə maraqlı və fərqli təşəbbüslərlə çıxış edən marka azyaşlıları sevindirməyə nail olub
Bu dəfə “Shokki Mokki” 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Dreamland Trampoline əyləncə mərkəzində 1, 2, 3 saylı uşaq evlərindəki balacalar üçün əyləncə təşkil edib.
Sosial layihə çərçivəsində onlar üçün alov və köpük şousu keçirilib.
Eyni zamanda əsrarəngiz sehirləri ilə uşaqları heyrətə gətirən sehrbaz da əyləncədə iştirak edib.
Sonda “Shokki Mokki”nin maskotu uşaqlara hədiyyə verərək onları sevindirib.
İlk milli uşaq brendi olan “Shokki Mokki”nin son zamanlarda uşaqlar üçün həyata keçirdiyi sosial layihələrdən biri də “Məktəbim” layihəsidir.
Bu layihə çərçivəsində 2-6 yaş arasında uşaqlar məktəbəqədər təhsilə cəlb olunub.
Siz də mağazalardan “Shokki Mokki” məhsulu almaqla layihəyə dəstək verə bilərsiniz.
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina ardıcıl ikinci dəfə finalda! - Video-Yenilənib
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər
- Sükanı siyasətdən BYD-yə çevirdi
- Nazir onu təqaüdə göndərdi - Yeni təyinat