Ermənistanın KTMT-yə üzvlüyünü dondurmaq qərarı qurumun işini ciddi şəkildə poza bilməz, lakin Cənubi Qafqazdakı mövqeyini zəiflədəcək.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib.
Qrızlovun sözlərinə görə, əsas məsələ Ermənistanın bu şəraitdə siyasətini necə quracağı olacaq:
“Başa düşmək lazımdır ki, Qərbin Cənubi Qafqazdakı bütün hərəkətləri və proqramları bu region ölkələrinə qayğı ilə diktə olunmur. Vaşinqton və Brüssel konstruktiv əməkdaşlığa can atmır, əksinə, region ölkələrini öz geosiyasi avantürasına cəlb etməyə çalışır. Bu, Ermənistana daha böyük təhlükəsizlik gətirəcəkmi? Ritorik sualdır”.
Səfir əlavə edib ki, KTMT-yə üzv dövlətləri bir-birindən ayıra biləcək istənilən addım böyük səhvdir.
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina ardıcıl ikinci dəfə finalda! - Video-Yenilənib
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər
- Sükanı siyasətdən BYD-yə çevirdi
- Nazir onu təqaüdə göndərdi - Yeni təyinat