31 may, 1-2 iyun tarixlərində müstəqil M.Teatrın ("Mənim Teatrım") səhnəsində məşhur irland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən "Ovod" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
Kult.az xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.
Məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, səs rejissoru Fəyyaz Ələkbərov, geyim üzrə rəssamı Oksana Rəsulova, işıq rəssamı Yusif Adıgözəlov, dərzisi Məhin Quluzadədir.
Rolları xalq artisti Vidadi Həsənov, əməkdar artist İlqar Cahangir, aktyorlar Ziya Ağa, Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba və Ramiz Qəmbər ifa edirlər.
Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?
Tamaşanın növbəti premyerası 7-8 iyunda saat 19:00-da baş tutacaq.
Qeyd edək ki, "Ovod" 1897-ci ildə ilk dəfə ABŞ-da çap olunub. Əsər gənclər hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın atası kardinal Montanelli və dostu Cemmayla münasibətləri ətrafında baş verən faciəvi hadisələri əks etdirir.
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina İngiltərəyə qarşı - Canlı-Yenilənir
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər
- Sükanı siyasətdən BYD-yə çevirdi
- Nazir onu təqaüdə göndərdi - Yeni təyinat