Myanma ordusuna məxsus hərbi təyyarənin toy mərasiminin keçirildiyi yeri bombalaması nəticəsində 3-ü uşaq olmaqla 27 mülki şəxs ölüb.
BUTA.TV xəbər verir ki, hadisə Saqaynq bölgəsinin Matau kəndində yerli vaxtla səhər saat 8:20-də baş verib. Hərbi təyyarə mərasim yerinə təxminən 3 bomba atıb. Hadisə nəticəsində daha 30 nəfər yaralanıb.
Qeyd edək ki, Saqaynq 2021-ci ildə çevriliş nəticəsində hakimiyyəti ələ alan hərbi xuntaya qarşı çıxan Kani Xalq Müdafiə Qüvvələrinin aktiv olduğu bölgələrdəndir. Əvvəllər də tərəflər dəfələrlə bir-birinə qarşı qanlı hücumlar təşkil ediblər.
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina İngiltərəyə qarşı - Canlı-Yenilənir
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər
- Sükanı siyasətdən BYD-yə çevirdi
- Nazir onu təqaüdə göndərdi - Yeni təyinat