Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin parlamentlərinin spikerləri ilə görüşü zamanı geosiyasi qarşıdurma səbəbindən regional təhlükəsizliyə təhdidlərin artdığını deyib.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Görüşümüz beynəlxalq vəziyyətin misli görünməmiş gərginləşməsi, geosiyasi qarşıdurma fonunda regional təhlükəsizliyə təhdidlərin əhəmiyyətli dərəcədə genişləndiyi vaxta təsadüf edir”, - Tokayev bildirib.
O, hər gün Qəzza zolağında yüzlərlə insan, o cümlədən dinc sakin, qadın və uşağın öldürülməkdə davam etdiyini xatırladıb və bunu qəbuledilməz adlandırıb.
Tokayev ikkidövlətli həlli dəstəklədiklərini və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasının vacibliyini bildirib.
- Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi?
- Səfirimizin katibəsindən qeyri-qanuni uşağı var? - Foto
- Kelloq Umerovla görüşdü
- ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi
- Netanyahu açıq şəkildə elan etdi, işğal edəcək: Bəs, necə?
- Kirk simvola çevriləcək, qarşıdurma artacaq
- Bakı ilə İrəvan arasında müqavilə bitən kimi... - Fidan
- Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi