Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin qəbuluna gələn şəxs saxlanılıb.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü fermer Tahir Zamanovun (şərti) saxlanılmasına səbəb icra başçısının müavini Arif Allahverdiyevin ondan şikayətçi olmasıdır.
Belə ki, fermerin Qəbələ rayonu, Kötüklü kəndində fındıq bağlarını su basıb. O, torpaq sahəsindən qurunt sularının axıdılması məqsədilə texnika verilməsindən ötrü icra başçısının müavininin qəbuluna gedib.
Arif Allahverdiyev fermerin istəyinə "yox” cavabı verib. Lazım olan texnikanı ala bilməyən fermer Arif Allahyarovla mübahisə edib.
Məhkəmənin qərarı ilə fermer İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 50 manat cərimə edilib.
- Nazir onu təqaüdə göndərdi - Yeni təyinat
- Magistraturaya qabiliyyət imtahanları ilə bağlı məlumat
- Sabah bu rayonda qaz olmayacaq
- Samuxdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Trampı “tabuta qoydular” - Foto
- Birinci yarımildə əmək və sosial müdafiə sahəsində görülən işlər...
- Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
- Samuxda kütləvi zəhərlənmə...