Türkiyə millisinin futbolçusu Ozan Kabak Avropa çempionatını buraxacaq.
BUTA.TV Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ötən gün İtaliya yığması ilə keçirilmiş yoldaşlıq görüşü zamanı ciddi zədə alıb.
Çarpaz diz bağlarında yırtıq aşkarlanan “Hoffenhaym”ın oyunçusu Almaniyada təşkil olunacaq Avro-2024-də Türkiyə yığmasına kömək edə bilməyəcək.
Qeyd edək ki, daha əvvəl “Fənərbağça”nın müdafiəçisi Çağlar Söyüncü və İngiltərənin “Bornmut” klubunun hücumçusu Enes Ünal eyni səbəbdən heyətdən çıxarılıb.
Xatırladaq ki, Türkiyə millisi Avropa çempionatında Portuqaliya, Çexiya və Gürcüstanla birlikdə F qrupunda mübarizə aparacaq.
- Samuxdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Birinci yarımildə əmək və sosial müdafiə sahəsində görülən işlər...
- Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
- Samuxda kütləvi zəhərlənmə...
- “Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı - Açıqlama-Fotolar
- Azercell Cup-2026 proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi...
- Bu təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxın! - FHN
- Prezident 1 sərəncam, 2 fərman imzaladı