Astana Qərbin Rusiyaya qarşı sanksiya siyasətini dəstəkləməsə də, onlara əməl edəcək.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan Baş nazirin müavini Serik Jumanqarin deyib.
“Bu, həqiqətən də bizi çox incidir, bu səbəbdən bir çox logistika və ticarət zəncirləri qırılır. Biz koalisiyanın üzvü deyilik, birtərəfli sanksiyalar siyasətini dəstəkləmirik, lakin bu, iqtisadi baxımdan bizim üçün faydalıdır”, - Jumanqarin bildirib.
Onun sözlərinə görə, Qazaxıstan kiçik iqtisadiyyata malikdir və sanksiya təzyiqinə tab gətirməyəcək.
Baş nazirin müavini əlavə edib ki, Qazaxıstan ABŞ və Avropa Birliyi ilə daim dialoq aparır və sanksiyalara məruz qalmamaq üçün qabaqlayıcı tədbirlər görməyə çalışır.
- Samuxdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Birinci yarımildə əmək və sosial müdafiə sahəsində görülən işlər...
- Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
- Samuxda kütləvi zəhərlənmə...
- “Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı - Açıqlama-Fotolar
- Azercell Cup-2026 proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi...
- Bu təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxın! - FHN
- Prezident 1 sərəncam, 2 fərman imzaladı