HƏMAS 8 aylıq müharibə çərçivəsində silahlılarının, təxminən, yarısını itirdikdən sonra döyüş taktikasını dəyişib.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” ABŞ və İsrail rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, 20-25 min döyüşçü ilə müharibəyə başlayan HƏMAS-ın hazırda 9-12 min döyüş qabiliyyəti olan silahlısı var. Bu səbəbdən HƏMAS “vur-qaç” taktikasına keçib.
Bu müddət ərzində İsrailin isə 300-ə yaxın əsgərini itirdiyi bildirilib.
Rəsmilərin sözlərinə görə, HƏMAS döyüşçüləri hazırda Rəfah şəhərinə yaxınlaşan İsrail qüvvələri ilə intensiv atışmalardan qaçır, əvəzində pusqular qurur, düşmən xəttinin arxasındakı hədəfləri küstar üsulla hazırlanmış bombalarla vururlar.
Qəzza sakinləri də HƏMAS-ın taktikasının dəyişdiyinin nəzərə çarpdığını bildirirlər:
“Əvvəlki aylarda HƏMAS döyüşçüləri İsrail əsgərlərinin əraziyə daxil olan kimi qarşısını kəsir, onlarla döyüşürdülər. İndi isə onların əməliyyat taktikasında nəzərəçarpacaq dəyişiklik var. Onlar İsrail əsgərlərinin yerləşməsini gözləyir, ardınca hücuma başlayırlar”.
HƏMAS sözçüsü döyüş meydanı strategiyası ilə bağlı şərh verməyib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Peter Lerner isə ordunun HƏMAS döyüşçülərinin yeni taktikasına uyğunlaşdırıldığını bildirsə də, Təl-Əvivin qarşı tərəfin hər bir əsgərini, tunelini məhv edə bilməyəcəyini də etiraf edib.
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat
- Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı
- Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
- Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
- Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
- 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür
- Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı