2008-ci ildə Türkiyə İrəvana bildirdi ki, Ermənistan Azərbaycana cəmi iki rayonu qaytarsa, sərhədlər açılacaq.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni politoloq Yervand Bozoyan deyib.
O, Ankaranın iki rayonun qaytarılması müqabilində Türkiyə-Ermənistan sərhədlərinin açılmasına razı olduğunu vurğulayıb, lakin sözügedən rayonların hansı olduğunu açıqlamayıb.
“Hazırda Qarabağ tam şəkildə Azərbaycanın nəzarətindədir və Qazaxın kəndləri təhvil verilir, lakin sərhədi açmırlar. Sülh gündəmi deyilən şey sırf Azərbaycanın bütün tələblərini yerinə yetirmək məqsədi güdür. Supergüclərdən heç bir dəstək almayan Ermənistan güzəştə gedir”, - Y.Bozoyan bildirib.
Xatırladaq ki, 2008-2009-cu illərdə Türkiyə və Ermənistan arasında münasibətlərdə xeyli irəliləyiş olmuşdu. Hətta həmin dönəmdə Ermənistanın prezidenti olan Serjik Sərkisyan türkiyəli həmkarı Abdullah Güllə Bursada futbol maçı izləmişdi. Proseslər iki ölkə arasında sərhədlərin açılmasına qədər getsə də, sonradan Bakının mövqeyi səbəbindən rəsmi Ankara geri addım atmışdı.
- Bu təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxın! - FHN
- Prezident 1 sərəncam, 2 fərman imzaladı
- Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu
- 14 il şiddət görən qadının əri saxlanıldı
- Hava xəbərdarlığı: intensiv yağış, dolu...
- Birinci yarımildə DSMF bu qədər müavinət və təqaüd ödəyib
- “Mülki gəmilər və ekipaj üzvləri üçün risklər artıb”
- Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir