Qazax istiqamətində Ermənistanla sərhədin delimitasiya və demarkasiyası nəticəsində Azərbaycana qaytarılan Kirants kəndindəki bəzi əmlaklara görə ödənilən kompensasiyanın məbləği açıqlanıb.
BUTA.TV xəbər verir ki, erməni mediası Ermənistan hökumətinin evə görə 70-100 min dollar kompensasiya verdiyini yazıb. Digər tikili və torpaq sahələrinə görə isə daha az kompensasiya təklif edilib.
Medianın məlumatına görə, kompensasiya alanlar bu rəqəmdən çox razıdırlar, buna baxmayaraq, dəqiq məbləği açıqlamaqdan imtina ediblər.
“Sona qədər mübarizə aparacağını və təzminat almağın əleyhinə olduğu” bildirən kirantslı xanım da kompensasiyadan razılığını bildirib və İcevana köçməyə razılaşıb.
“Məlumata görə, xanımın evi sərhədin delimitasiyası nəticəsində Azərbaycan sərhədləri daxilinə düşən iki evdən biridir. İkinci ev isə “azərbaycanlılara qalmamaq üçün” bir neçə gün əvvəl onu sökməyə başlayan Mgerə məxsusdur”, - erməni mediası yazıb.
Qeyd edək ki, ümumilikdə 2 ev, 1 vaqon-mağaza və 1 qaraj, o cümlədən 50 torpaq sahəsi Azərbaycan sərhədiləri daxilinə düşüb.
- Hava xəbərdarlığı: intensiv yağış, dolu...
- Birinci yarımildə DSMF bu qədər müavinət və təqaüd ödəyib
- “Mülki gəmilər və ekipaj üzvləri üçün risklər artıb”
- Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir
- ABB və iTicket-dən həyat tərzi bankçılığına doğru mühüm addım
- ABŞ yenidən İranı vurmağa başladı
- Bu avtobusun hərəkət sxemi dəyişir
- Şəmil Sadiq: Bu müəlimlərin biliyi dərin deyil - Video