Rəsmi İrəvan Paşinyanın COP29 tədbirində Bakıya səfər edə biləcəyi haqda xəbərləri təkzib etsə də, bu mümkünsüz deyil. Belə gözləntilər var.
Bakı və İrəvanın noyabrda Bakıda keçiriləcək COP29 tədbirinə qədər sülh sazişinə (niyyət protokolu, yaxud çərçivə sazişi ola bilər) irəliləyiş əldə etməsi gözlənilən ssenarilərdəndir. Hər iki tərəf – Bakı və İrəvan da məsələyə “soyuq” yanaşmır. Noyabra qədər sülh sazişi ilə bağlı irəliləyiş olarsa, Paşinyanın COP29 tədbirində iştirakı gözlənilən variantlardandır. Bu, Ermənistanın COP29-a ev sahibliyi üçün namizədliyini Azərbaycanın xeyrinə geri götürməsi siyasətinin də məntiqi davamı ola bilər.
Paşinyanın özünün də Bakıya gəlmək istədiyi istisna edilməməlidir. Belə bir dəvətdən imtina onun sülhə qarşı olduğu imicini yarada bilər, çünki noyabra qədər sülh sazişi ilə bağlı irəliləyişin əldə edilməsi və COP29-da Ermənstan liderinin iştirakını beynəlxalq oyunçular istəyir. Bunu anlayan Paşinyan Bakıya səfəri üçün yeni şərt irəli sürür.
- Bakıda həbsdə olan ermənilər noyabra qədər azad edilsə, Ermənistanın COP29 tədbirində baş nazir səviyyəsində iştirakı müzakirə edilə bilər.
Bu şərt rəsmi İrəvan tərəfindən yox, hakimiyyətə yaxın media tərəfindən ortaya atılıb. Və istisna deyil ki, rəsmi İrəvanın tezisləri əsasında hazırlanıb. Ermənistan hakimiyyətinin bu “şərti”nin bir neçə hədəfi var.
Birincisi, COP29-da iştirakdan imtinasını beynəlxalq ictimai rəydə əsaslandırmağa və bununla “sülhə qarşı” olmadığını göstərməyə çalışır;
İkincisi, beynəlxalq diqqəti Bakıda həbsdə olan cinayətkar ermənilərə yönəltmək istəyir və COP29-u onların buraxılması üçün fürsət olaraq görür;
Üçüncüsü, həbsdə olan ermənilərin azad edilməsinə nail olarsa, daxili ictimai rəydə xal qazana bilər;
Mümkündür ki, noyabra - COP29 tədbirinə qədər Ermənistanın bu “şərti” rəsmi səviyyədə irəli sürülə bilər. Azərbaycanın separatçılar istisna olmaqla, digər ermənilərin Ermənistana təhvil verməsi də mümkün variantlardandır. Separatçılar Paşinyana özünə də lazım deyil.
Asif Nərimanlı
- Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
- 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi