Suriyadakı terrorçu qruplaşma seçkilər keçirmək niyyətində deyil. Ortada seçki deyilən bir şey yoxdur. Əvvəlcə bunu qeyd edək. Bölgədə terror təşkilatını qanuniləşdirmək və terror təşkilatı qurmaq üçün hazırlanmış bir oyun var.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Biz əvvəlki proseslərdə belə oyunların məhv edilməsində nə qədər mahir olduğumuzu açıq şəkildə göstərmişik. Təbii ki, Suriya rəhbərliyi terrorçulara bu məqamda bir addım atmaq və ya sərbəst hərəkət etmək icazəsi verməyəcək. Türkiyə xarici işlər naziri Hakan Fidan bir neçə gün əvvəl Moskvada idi. Moskvada cənab Putinlə bu məsələləri ətraflı şəkildə müzakirə ediblər. Bundan başqa, H.Fidanın Rusiyanın xarici işlər naziri cənab Lavrovla da görüşləri olub. İnşallah PKK terror təşkilatı və digərlərinin Suriyada sərbəst hərəkət etmək imkanı olmayacaq. Əgər belə bir vəziyyət yaranarsa, lazımi tədbirləri görməyə hazırıq. Biz burnumuzun dibində “Terroristan”ın qurulmasına icazə vermərik”, - Ərdoğan bildirib.
- MN həftəlik icmalını təqdim etdi - Video
- Masazırda azyaşlı vuruldu, polis hərəkətə keçdi
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video