Şəkidə məktəbin istifadə olunmayan korpusunda yanğın baş verib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, güclü yanğın Turan qəsəbə tam orta məktəbinin istifadəyə yararsız, bir müddətdir tədris keçirilməyən korpusunda qeydə alınıb.

Hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Hazırda ikimərtəbəli məktəb korpusunun söndürülməsi istiqamətində işlər aparılır. Azı üç yanğınsöndürən texnikasının cəlb olunduğu bildirilib.

Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil" Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"