10 gün sonra tələblərə cavab verməyən avtomobillərlə taksi fəaliyyəti qadağan olunacaq. Lakin hazırki şəraitdə sürücülərin əksəriyyəti hesab edir ki, yeni tələbələr onların işini çətinləşdirir.
Bəzi sürücülər verilən müddət ərzində köhnə avtomobilləri yenisi ilə əvəz etməyin çətin olduğunu deyirlər. Buna görə də onlar problemləri aradan qaldırmaq üçün vaxtın uzadılmasını istəyirlər. Digər tərəfdən də taksi fəaliyyəti ilə məşğul olan şirkətlər qiymətləri bahalaşdırıb. Vətəndaşların dediyinə görə, bəzən hətta qiymətlərdə 40-50 faizə qədər bahalaşma müşahidə olunur.
Taksi qiymətlərindəki artım iyulun 1-dən sonra da davam edəcəkmi?
Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, şirkətlərin bahalaşmaya gedəcəyi öncədən proqnozlaşdırılırdı:
“Şirkətlərin bahalaşmaya getməsi onsuz da gözlənilən idi. Çünki hazırda bu istiqamətdə proses olduqca sürətli gedir. Digər tərəfdən həm avtomobillərin buraxılış ili, həm sürücülərin seçim turu, həm də nəqliyyat vasitələrinin texniki parametrlərinin təyin olunması ilə bağlı 3 istiqamətdə işlər gedir. Bu isə yekunda həm sürücü, həm də nəqliyyat vasitəsinin azlığına səbəb olur. Bunlar da müştərilərin seçiminə təsir edir. Bir çox hallarda taksilər sifarişlərə gəlmir və ya ümumiyyətlə bəzi saatlarda taksi tapmaq olmur”.
Ekspertin fikrincə, qiymət tendensiyası 3 mərhələli formada davam edəcək:
“Bu səbəbdən düşünürəm ki, hazırki proses daha sürətlə davam etməlidir. Cəlb olunacaq və istismar ediləcək nəqliyyat vasitələrinin texniki parametrləri dəqiqləşdirilib öyrənilməlidir. Hesab edirəm ki, hazırki şəraitdə qiymət tendensiyası qalxmağa doğru gedəcək. Daha sonra stabilləşmə müşahidə olunacaq və nəhayət, yeni qaydalar yerinə oturuşandan sonra qiymətlər enəcək. Hazırki gedişat bu tendensiyanı göstərir”.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır