Ceyhun Bayramov Gürcüstan səfərində xüsusilə sərhəd məsələlərinə toxundu. Görünən odur ki, Ermənistan-Azərbaycan danışıqlarında müsbət addımlar var.
Bu sözləri BUTA.TV-a Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov XİN başçısı Ceyhun Bayramovun gürcü həmkarı İlya Darçiaşvili ilə görüşdə Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı müsbət irəliləyişlərin olması barədə fikrinə münasibət bildirərkən deyib.
İyulda sərhədin müəyyən edilməsi ilə bağlı komissiyanın növbəti iclasının keçiriləcəyini xatırladan F.Məmmədov bildirib ki, orada müvafiq qərarlar qəbul olunacaq:
“Bu iclasda sərhədin yeni əraziləri müəyyən ediləcək ki, orada delimitasiya və demarkasiya işləri aparılsın. Ceyhun Bayramov da bunun anonsunu verdi. Eyni zamanda nəqliyyat və kommunikasiyaların açılma və fəaliyyət prinsipləri ilə bağlı böyük ehtimal irəliləyişlər mövcuddur. Çünki prosesə, sülh sazişinə məhz sərhəd, kommunikasiyaların açılması və Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü barəsində olan müvafiq maddələr maneə idi. Ceyhun Bayramov irəliləyişlərdən danışırsa, sülhə maneə olaraq yalnız Ermənistan Konstitusiyasını qeyd edirsə, demək, sərhədin müəyyənləşdirilməsi, nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı irəliləyişi biz də qeyd edə bilərik”.
O bildirib ki, indi İrəvanın Bayramovun açıqlamalarına hansı formada cavab verəcəyini gözləmək qalır:
“Rəsmi İrəvanın sülhə əsas maneənin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiası olduğunu etiraf eləməsi hazırda mühüm əhəmiyyət daşıyır”.
- Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı
- Azərbaycanın ən varlı şəxsləri - Siyahı
- Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan olundu
- “28 May” Nəqliyyat Mübadilə Mərkəzi işə başlayır
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- BBAK gücləndirilmiş iş rejiminə keçir
- Vüsal Nazim vəfat etdi
- Bu gündən onlar üçün metrodan istifadə pulsuzdur