Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nurlan Əliyev və qardaşı Dilavər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, onların yaşadıqları ünvanlara keçirilən baxış zamanı N.Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 45 kiloqram olan 128 ədəd çətənə kolu və 100 qrama yaxın marixuana, D.Əliyevin həyətindən isə çəkisi 32 kiloqram olan 39 ədəd çətənə kolu və 4 kiloqram marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu