Vladimir Putin Ukraynanı sürətlə ələ keçirməklə yanaşı, Qərbin zəiflədilməsinə çalışır.
BUTA.TV xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.
“Qorxuram ki, bu, uzunmüddətli müharibə olacaq. Putinin bir neçə günə bütün Ukraynanı ələ keçirməklə bağlı “A planı” iflasa uğradı. Onun “B planı” dondurulmuş münaqişə və Qərbin zəifləyəcəyi və razılaşacağı ümidi ilə Şərqi Ukraynanın Rusiya tərəfindən işğalıdır”, - Rasmussen bildirib.
Keçmiş baş katib hesab edir ki, Ukraynadakı müharibə ən azı 2024-cü ilin sonuna qədər davam edəcək, çünki Putin ABŞ prezident seçkilərinin bu və ya digər şəkildə ona kömək edəcək dəyişikliklər gətirəcəyinə ümid edir.
“Məncə, gələn il həlledici olacaq. Əgər ukraynalılara nəinki sağ qalmaq, həm də müharibədə qalib gəlmək üçün lazım olan hər şeyi versək, onların rusları geri oturtmaq şansı var”.
- Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu
- Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı
- TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video
- Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...
- XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi
- Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən
- Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan
- Separatçıların İrəvandakı ofisi bağlanacaq