İsrail tərəfi girovlarla bağlı Fələstinin HƏMAS hərəkatının nümayəndələrindən vasitəçilərlə cavab alıb.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi və MOSSAD kəşfiyyat xidmətinin birgə bəyanatında deyilir.
"İsrail hazırda bunu dəyərləndirir və öz cavabını vasitəçilərə çatdıracaq", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, mayın 31-də ABŞ Prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb. İyunun 11-də HƏMAS təşəbbüsə cavabın Qətər və Misirdən olan vasitəçilərə ötürüldüyünü elan edib və anklavda müharibəni dayandırmaq üçün razılığa gəlmək üçün müsbət hərəkətlərə hazır olduqlarını bildirib. ABŞ, Misir və Qətər də öz növbəsində atəşkəs təklifi ilə bağlı cavabın alındığını təsdiqləyib və Qəzzada münaqişə tərəfləri arasında razılıq əldə olunana qədər vasitəçilik səylərini davam etdirəcəklərini vəd ediblər.
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı