ABŞ İranla bağlı 50 ölkə ilə məsləhətləşib
ABŞ İrana qarşı sanksiyaları hərtərəfli sərtləşdirmək məqsədilə dünyanın 50-dən çox ölkəsi ilə məsləhətləşmələr aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Bildirilib ki, ABŞ həmin ölkələr üçün “İran məsələsində ya bizim tərəfimizdəsiniz, ya da bizə qarşı” məzmunlu bir mesaj çatdırıb.
Nəşr qeyd edib ki, ABŞ hökuməti bu çərçivədə Böyük Britaniyadan İran Milli Bankının Londondakı filialının fəaliyyət lisenziyasının müddətini uzatmaqdan imtina etməsini tələb edib.
70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı