Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Xəzər dənizində keçirilən təlimlər zamanı hərbi qulluqçuların həlak olmasından sonra müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib.

BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 24-də Xəzər dənizində keçirilən təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən hərbi qulluqçular dənizə düşüb. Hadisə nəticəsində 14 nəfər həyatını itirib.

General-leytenant şəhid anaları ilə görüşdə kövrəldi - VİDEO General-leytenant şəhid anaları ilə görüşdə kövrəldi - VİDEO