Onlara güzəşt etməyəcəyik, müharibə qısa sürəcək - Lavrov
22:29
Beş əsr ərzində başqalarının resursları hesabına hökmranlıq edən Qərb getdikcə daha çox kobud gücə əl atır və qeyri-müəyyən və avantürist hərəkət edərək planetdə milyardlarla insanın həyatını təhlükə altına qoyur.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
Nazirin sözlərinə görə, Qərbdə Rusiyaya strateji məğlubiyyət yaşatmaq arzusundadırlar, Avropa isə Rusiya ilə müharibəyə hazırlaşır:
“Onlar hər gün təsdiqləyirlər ki, ən geci 2030-cu ilə qədər avropalılar müharibəyə hazır olmalıdırlar”.
Lavrov qeyd edib ki, bu arzular, keçmişdə dəfələrlə olduğu kimi, nəticədə elə müharibəni qızışdıranların özlərini strateji dalana gətirib çıxaracaq:
“Bu halda, əgər onlar bizə hücum etsələr, Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, bizim onlara güzəşt edəcəyimiz heç nə olmayacaq. O, bir dəfə də demişdi ki, bu, tamamilə başqa bir müharibə olacaq və qısa sürəcək”.
70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı