Bərpa edilmiş Ağdərə rayonunun əhalisinin sayı məlum olub.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü il aprel ayının 1-nə olan göstəricilərə əsasən, Ağdərə rayonunda 12 min 100 nəfər qeydiyyatdadır.
Komitənin məlumatında o da vurğulanıb ki, Ağdərə rayonu 5 dekabr 2023-cü il tarixli Qanuna əsasən bərpa edilib. Beləliklə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər olunub. Hazırkı Ağdərə əhalisi isə rayonun yaradılmasından öncə Ağdam, Kəlbəcər və Tərtər rayonlarında qeydiyyatda olublar.
Xatırladaq ki, Ağdərə rayonu bu il ilk dəfə Milli Məclisdə təmsil olunacaq. Belə ki, 2024-cü il sentyabr ayının 1-nə təyin edilən parlament seçkilərində Ağdərə əhalisi 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində səs verəcəklər.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər