ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidəçilər missiyası göndərəcək.
Bu barədə BUTA.TV-a DTHİB-dən məlumat verilib.
“Biz 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət almışıq və müşahidəçilərin sayı, çox güman ki, fevralda keçirilən prezident seçkilərindəki ilə eyni olacaq. Dəqiq təfərrüat barədə danışmaq hələ tezdir”, - Bürodan bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir