"Araz" marketlər şəbəkəsində bəzi ərzaq məhsullarının qiymətinin saxtalaşdırılması faktı üzə çıxıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Buta TV-nin rəhbəri Sadiq Mirzəyev məlumat verib. O bildirib ki, vitrində qoyulan qiymətlərə aldanan müştərilər kassaya gələndə “sürpriz”lə qarşılaşırlar:
“Son 6 ay ərzində 4-cü dəfədir ki, "Araz" marketlər şəbəkəsinin Quba filialına gedirdim. Hər dəfə də sözügedən ünvanda qiymət saxtakarlığının şahidi olub, qurbanına çevrilmişəm. Bundan öncə belə hal baş verdikdə, rəhbər şəxslərə öz iradımı bildirimişəm. Hər dəfə isə müxtəlif bəhanələr gətirərək, nəhayətində isə “üzr” istəyərək canlarını qurtarıblar. Bakıda da bəzi dostlarımın dəfələrlə bu halla rastlaşdıqlarını eşitmişdim. Amma öz başıma gələnə kimi inanmırdım.
Düşünürəm ki, bu, ölkəmizdə ən böyük marketlər şəbəkəsindən olan “Araz”dan müştərilərinə qarşı böyük hörmətsizlikdir”.
- Fransada fırtına oldu, 26 nəfər xəsarət aldı
- Tramp Kanada rəhbərliyini "kloun" adlandırdı
- Macarıstanda qırıcı qəzaya uğradı
- Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı
- İran oğlumu öldürmək istəyirdi - Netanyahu
- “Təkcə 1 ixtisas seçmişdim” - 700 bal yığan Samir