Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video
Video
"Palmali" Şirkətlər Qrupu tərəfindən idarə olunan "Royad Məmmədov" adlı gəminin vurulma anının görüntüləri iddiası ilə sosial şəbəkələrdə video yayılıb.
Axar.az xəbər verir ki, görüntülərdəki gəmi tankerə bənzəyir, quru yük gəmisi deyil. Eyni zamanda bu görüntülər avqust ayında da yayılmışdı.
Belə ki, 20 avqustda "Primavera Marine" şirkətinə məxsus, Komor adaları bayrağı altında üzən "Volgo Balt 226" quru yük gəmisinin Qara dənizdə Ukraynanın dron hücumuna məruz qaldığı haqda məlumat yayılmışdı. 11 ekipaj üzvünün – Azərbaycanın 10, Gürcüstanın 1 vətəndaşının – heç biri xəsarət almamışdı. Həmin vaxt bu video "Volgo Bolt"a hücum görüntüsü kimi təqdim olunmuşdu.
Qeyd edək ki, "Royad Məmmədov" quru yük gəmisidir və 5 oktyabrda İzmail limanından İtaliyanın Ravenna limanına səfər edərkən Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb. Hücum nəticəsində gəmi kapitanı da daxil olmaqla, iki azərbaycanlı həlak olub, 11 heyət üzvü isə xilas edilib.
Millimizin baş məşqçisinə ağır ittihamlar - İşə prokurorluq qarışdı