Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının efirində maraqlı məqam ortaya çıxıb.
BUTA.TV olay-a istinadla xəbər verir ki, bir qadın Oğuz rayonunun Xalxal kəndində itən Mayk (Miki) adlı meymunu üçün “Səni axtarıram”a müraciət edib.
O bildirib ki, ev heyvanı iyunun 4-də itib. X. Hidayətqızı xanımı efirə çıxdığı üçün onu qınayanlara cavab verib:
“İnsan sevgisi olmayanların heyvan sevgisi haradan olacaq? Ona yaxşılıq edən dostunu, ana-atasını, bacısnı, ən yaxın insanlarını saymayan adam, arxadan vuran, yalançı, saxtakar, nankor heyvanı necə sevəcək? Yazıq xanıma, hamı deyir ki, niyə meymun üçün çıxdınız? Düz deyirsiniz, sizi qınamıram. Sizin heyvan sevginizi onlar anlamaz. Ona görə heç üzülməyin.
Mən itlərim üçün burada ağlayanda marketdə mənə gülürdülər ki, başı xarabdır, itləri üçün ağlayır. Təbii ki, cavab vermədim. Amma əlbəttə başını itirmiş həmin şəxsdir, mən deyiləm. İtim üçün lazım olar həyatımdan da keçərəm. Onları balalarımdan ayırmıram. Balalarımdan öncə itlərimin, pişiklərimin yeməyini verirəm. Səhər ilk onları gəzdirirəm. Onlar dilsiz-ağızsızdır. Susuzluğunu, aclığını, isti, ya soyuq olduğunu bizə deyə bilmir. O heyvanlar burada danışmırlar. Amma əmin olun ki, hesab günündə danışacaqlar”.
- Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir
- Xankəndidə Şimali Kiprin bayrağının asılması... - Tatar
- Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır
- Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət
- Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...
- Azərbaycanla Pakistan arasında memorandum imzalandı
- Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!
- Mənə dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər...