Azərbaycanda da böyük tamaşaçı auditoriyası olan Türkiyənin məşhur "Survivor" realiti-şousunun yeni formatı bəlli olub.

BUTA.TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə layihənin rəhbəri, məşhur iş adamı Acun Ilıcalı məlumat verib.

Onun sözlərinə görə, yeni mövsümdə şounun ikiqat qalibləri - Turabi Çamkıran və Ogeday Girişken layihəyə komanda kapitanları qismində qayıdacaqlar.

Sahibkar bildirib ki, yarışda baş mükafat Türkiyə tarixində rekord hesab edilən 10 milyon lirə (təxminən 344 min manat) olacaq.

Yeni qaydalara əsasən, şouda iştirak edən könüllülər Turabi və Ogedayın başçılıq etdiyi iki qrupda yarışacaqlar. Komandalar bütün mövsüm ərzində çempion olmaq məqsədilə öz güclərini sınayacaqlar.

"Turabinin komandası Ogedayın komandasına qarşı mübarizə aparacaq, lakin mükafatı könüllülərimiz əldə edəcək", - deyə Acun Ilıcalı bildirib.

"Survivor 2027"nin yeni formatı və əsas mükafatı məlum olsa da, yarışın dəqiq başlama tarixi hələ rəsmən elan edilməyib. Yeni mövsümün 2027-ci il yanvarında ekranlara gəlməsi ehtimal olunur.

Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz? Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?