Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur.

“BUTA.TV” xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 15 dollardır.

1967-ci ildən fəaliyyət göstərən marşrut turistlər üçün maraqlı təcrübə, ada sakinləri üçün isə gündəlik nəqliyyat vasitəsidir. Dəniz şəraitinin hər zaman bərə səfərlərinə imkan verməməsi bu qısa uçuşu yerli əhali üçün xüsusilə əhəmiyyətli edir.

Uçuşlar “Loganair” aviaşirkəti tərəfindən “Britten-Norman Islander” tipli təyyarələrlə həyata keçirilir. Səkkiz sərnişinədək daşıya bilən təyyarə tək pilot tərəfindən idarə olunur və qısa uçuş-enmə zolaqlarından istifadə edə bilir.

Marşrutun qısalığı səbəbindən təyyarə havaya qalxdıqdan az sonra enişə hazırlaşır. Beləliklə, cəmi bir dəqiqədən də az davam edən bu səfər adalar arasında əlaqənin təmin olunmasında mühüm rol oynayır.

Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş