Dünya şöhrətli müğənni Şakiranın Qırğızıstanın paytaxtı Bişkekdə keçirəcəyi konsert ölkə iqtisadiyyatına 30 milyon dollardan çox gəlir gətirə bilər.

BUTA.TV xəbər verir ki, bu barədə Qırğızıstanın Turizmin İnkişafı üzrə Dövlət Agentliyinin direktoru Eduard Kubatov açıqlama verib.

Oktyabrın 18-də paytaxtdakı “Bişkek Arena” stadionunda keçiriləcək konsertə təxminən 60 min tamaşaçının qatılması gözlənilir. Onların 30 min nəfərinin xarici turist olacağı proqnozlaşdırılır.

Kubatovun sözlərinə görə, xaricdən gələn hər bir turistin orta hesabla 940 dollar xərcləyəcəyi nəzərdə tutulur. Bu məbləğə konsert biletləri, mehmanxanada qalmaq, nəqliyyat və digər xidmətlər daxildir.

“Ən ehtiyatlı hesablamalara görə, hər bir xarici qonaq 940 dollar xərcləyəcək. Təsəvvür edirsiniz, 30 min turist cəmi bir gün ərzində təxminən 30 milyon dollar xərcləyəcək. Bu, milli iqtisadiyyata çox ciddi töhfədir”, – deyə Kubatov bildirib.

Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz? Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?