Bu ilin I yarısında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 1 milyard 953,5 milyon manat vəsait yönəldib.
Maliyyə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, bu, 2024-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard 825 milyon manat vəsaitin 51,1 %-i deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.
Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 64,9 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 42,9 %-nə bərabərdir və ötən ilin eyni dövrü ilə müqayisədə 40,4 % çoxdur.
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava
- DÇ tarixində ilkə imza atdı
- Hacıqabulda sərnişin avtobusu aşdı - Yenilənib
- Argentina yarımfinala çıxdı və İngiltərəyə rəqib oldu - Video-Yenilənib