Belarus ərazisində “Şahid” qəza etdi və partladı - Foto

22:34 - 16 İyul 2024 - GÜNDƏM

 Belarus ərazisində “Şahid” qəza etdi və partladı - Foto

Rusiyanın istifadəsində olan “Şahid” PUA-sı Belarus ərazisinə düşüb və partlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Belarus Qayun” kanalı yayıb.

Bildirilir ki, bu gün səhər saatlarında Belarus hava məkanına daxil olan pilotsuz təyyarə Bobruysk şəhərindən 55 km aralıda (Ukrayna ilə sərhəddən 120 km), Qomel vilayətində qəzaya uğrayıb.

“Onun partlaması isə təsdiqləyir ki, Belarus ərazisində “Şahid” PUA-sı kəşfiyyat və ya təlim aparmır, məhz döyüş tapşırığı yerinə yetirir və sursatla təmin edilib”, - məlumatda vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol