Ukraynada ordu üçün ayrılmış 138 milyon qrivnanı (3 milyon 316 min dollar) mənimsəyən şəbəkə üzə çıxarılıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı ölkə mətbuatı məlumat yayıb.
İstintaq mənimsəmədə mənzil istismar idarələrinin əməkdaşlarının və kommersiya strukturları nümayəndələrinin iştirak etdiyini müəyyənləşdirib. İşlə bağlı saxlanılan bir sıra vəzifəli şəxslər hərbi infrastruktur obyektlərində tikinti işlərinin aparılması ilə yanaşı, ordu üçün yanacağın, elektrik enerjisinin, təbii qazın, mebelin şişirdilmiş qiymətlərlə alınmasında ittiham olunub.
Onlarla bağlı cinayət işi açılıb.
- AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır — EKSKLÜZİV
- Azərbaycan müdafiə xərclərini artırır - MN
- Xəzər dənizi ilə bağlı kritik görüş
- Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi
- Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı
- Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?
- Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov
- Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı