“Abel Məhərrəmovdan mənə məxsus torpaq sahəsini hüquqi yollarla geri almaqda israrlıyam”. Bu sözləri Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov deyib (mənbə: Bizimxeber.az).
Onun sözlərinə görə, birinci instansiya və apelyasiya məhkəmələrini uduzmasına baxmayaraq, mübarizəsini davam etdirəcək.
“Xızı Rayon Məhkəməsinin qərarı ədalətsiz idi. Buna baxmayaraq, Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxladı. Əlimdəki sübutlara diqqət yetirən olmadı. Lakin geri çəkilmək niyyətində deyiləm. Ali Məhkəməyə kasasiya şikayəti hazırlayıram. Yaxın vaxtlarda şikayəti təqdim edəcəyik”, - deyə Nazim Əmirov bildirib.
Polkovnik-leytenant qeyd edib ki, bundan əlavə, Məhkəmə-Hüquq Şurasına da müraciət etməyi düşünür.
Nazim Əmirovla Abel Məhərrəmov arasındakı mübahisənin detallarına gəlincə, Qarabağ qazisi 2011-ci ildə Xızının Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə torpaq sahəsinin müəyyən hissəsi Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Abel Məhərrəmovun həmin ərazidə dəbdəbəli villasının olduğu bildirilir.
Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.
Musavat.com
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik